BolgeXeber.Com » Dünya » Rusiyalı məşhur oliqarx İsrail vətəndaşlığı aldı –Abramoviç bu ölkənin ən zəngin adamına çevrildi

Rusiyalı məşhur oliqarx İsrail vətəndaşlığı aldı –Abramoviç bu ölkənin ən zəngin adamına çevrildi

29-05-2018, 16:35
Oxunub: 3 372 Rusiyalı məşhur oliqarx İsrail vətəndaşlığı aldı –Abramoviç bu ölkənin ən zəngin adamına çevrildiRusiyalı oliqarx, Britaniyanın Çelsi futbol klubunun sahibi Roman Abramoviç İsrail vətəndaşlığı alıb.

Bolgexeber.com “Azadlıq” radiosuna istinadən xəbər verir ki, London və Moskva arasında diplomatik gərginliyin yüksək olduğu bir vaxta bir aya yaxındır ki, Abramoviçə Britaniya vizasının verilməsi ləngiyir.

Əslən yəhudi olan Abramoviç İsrailin “Qayıdış” adlı qanunundan bəhrələnməklə bu ölkənin vətəndaşlığını ala bilib. Beləliklə, mayın 28-dən Abramoviç özünün təxminən 11, 5 milyard dollarlıq sərvəti ilə İsrailin ən zəngin vətəndaşı olub.

O, Təl-Əvivdəki Ben Quriyon hava limanına özünün şəxsi təyyarəsi ilə gəlib. İsrailin Daxili İşlər Nazirliyi bildirir ki, Abramoviç İsrail vətəndaşlığı üçün Moskvadakı səfirliyə müraciət edib və yəhudi irsiyyətini isbat etdikdən sonra vətəndaşlığa layiq görülüb.

Britaniya ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yulia Skripal kimyəvi maddə ilə zəhərləndikdən sonra Rusiya oliqarxlarına viza verilməsi qaydalarını daha da sərtləşdirib. London bu zəhər hücumuna görə Moskvanı ittiham edir. “Telegraph” qəzeti yazır ki, Abramoviçin İsrail vətəndaşlığı almasının Britaniyada Rusiya oliqarxlarına viza verilməsinin çətinləşdirilməsi ilə bağlı olub-olmadığı məlum deyil. Abramoviçin Təl-Əvivdə 23 milyon dollar dəyərində malikanəsi var.