BolgeXeber.Com » Xəbərlər » Ordunun gücü: Azərbaycan 53-cü yerdə

Ordunun gücü: Azərbaycan 53-cü yerdə

29-05-2018, 16:46
Oxunub: 1 893 Ordunun gücü: Azərbaycan 53-cü yerdə“Global Firepower” beynəlxalq təşkilatı ən güclü ordusu olan ölkələrin siyahısını açıqlayıb

Azərbaycan 136 ölkə arasında 53-cü yerdə qərar tutub.

Ermənistan ordu reytinqində 84-cü, Gürcüstan 82-ci pillədə yer alır.

Siyahıya ABŞ başçılıq edir.

Ordunun gücü baxımından ikinci yerdə Rusiya, üçüncü yerdə Çin gəlir.

İlk onluqda qalan ölkələr bunlardır: Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, Almaniya.

Ordu reytinqində İran 13-cü, Ukrayna 29-cudur.

Sonuncu – 136-cı yerdə Butan dayanır.

İndeks ölkənin hərbi gücünə birbaşa və dolayısı ilə təsir edən 50-dən çox faktora əsaslanır.(Novator.az)