BolgeXeber.Com » Xəbərlər » Bərdədə AXC-nin 100 illiyi ilə bağlı gənc müəllimlərin və şagirdlərin iştirakı ilə tədbir keçirilmişdir-FOTO

Bərdədə AXC-nin 100 illiyi ilə bağlı gənc müəllimlərin və şagirdlərin iştirakı ilə tədbir keçirilmişdir-FOTO

29-05-2018, 17:17
Oxunub: 2 795 Bərdədə AXC-nin 100 illiyi ilə bağlı  gənc müəllimlərin və şagirdlərin iştirakı ilə tədbir keçirilmişdir-FOTO29 may 2018-ci il tarixdə Kətəlparaq kənd tam orta məktəbində Bərdə rayon Gənclər və İdman idarəsinin və məktəbin birgə təşkilatçılığı ilə AXC-nin 100 illiyi ilə bağlı gənc müəllimlərin və şagirdlərin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Adib Salmanov açaraq qonaqları təqdim etdi və tədbir barədə məlumat verdi.
Azərbaycan Respublikasının Dövlət Himni oxundu.Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsinin bütün azərbaycanlılar üçün olduqca əziz olmasından, ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın 28 may 1918-ci ildə əsası qoyulmuş dövlət müstəqilliyinin atributlarını özündə cəmləşdirən qüdrətli bir dövlətə çevrilməsindən, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində daha inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasından danışdı.
İdarənin könüllüləri tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olundu.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək tarixi baxımdan Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının bizim vaxtı ilə itirilmiş dövlətçiliyimizin bərpa edilməsindən, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplərin əsasının qoymasından, gənclərlə bağlı yürüdülən siyasətdən danışaraq müstəqilliyimizin qorunub saxlanmasının və onun əbədiləşdirilməsinin hər bir azərbaycan gəncinin vətəndaş borcu olduğunu bir daha qeyd etdi.
Məktəbin tarix müəllimləri Nabat İsmayılova, Fatma Mikayılova, Elşən Yəhyayev və Telman Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı çıxış etdilər.
Məktəbin şagirdləri tərəfindən hazırlanmış musiqili ədəbi-bədii kompozisiya təqdim olundu.Tədbirin sonunda məktəbdə keçirilmiş futbol yarışının və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Bolgexeber.com