BolgeXeber.Com » Dünya » Ukraynada rusiyalı jurnalist qətlə yetirildi: Kremlə müxalif mövqedə idi

Ukraynada rusiyalı jurnalist qətlə yetirildi: Kremlə müxalif mövqedə idi

30-05-2018, 10:05
Oxunub: 2 933 Ukraynada rusiyalı jurnalist qətlə yetirildi: Kremlə müxalif mövqedə idiRusiyalı jurnalist Arkadi Babçenko Ukraynada qətlə yetirilib.

Bolgexeber.com BBC-yə istinadən xəbər verir ki, 41 yaşlı jurnalist Kiyevdə yerləşən evinin yaxınlığında güllələnib və onun meyiti həyat yoldaşı tərəfindən aşkarlanıb.

Babçenko 2016-cı ildə Rusiyada hərbi təyyarənin qəzaya uğraması ilə bağlı yazmış, ölüm hədələri almış və ölkəsini tərk etmək məcburiyyətində qalmışdı. Əvvəlcə Praqaya gedən jurnalist daha sonra Kiyevdə yerləşmişdi. Rəsmi Kremlə qarşı müxalif mövqeyi ilə seçilən Arkadi Babçenko Ukraynanın "ATR" Tv-sində çalışırdı.

Rusiyanın xarici işlər nazirliyi Ukraynadan qətllə bağlı istintaq prosesinin yüksək səviyyədə aparılmasını tələb edib.