BolgeXeber.Com » İdman » Millimiz Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb-VİDEO

Millimiz Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb-VİDEO

30-05-2018, 10:10
Oxunub: 3 199 Millimiz Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb-VİDEOFutbol üzrə Azərbaycan milli komandası Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb.

Bolgexeber.com-un məlumatına görə, oyun UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində keçirilib və yoldaşlıq xarakteri daşıyıb.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə hesabı 17-ci dəqiqədə millimizin kapitanı Maksim Medvedev açıb. 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib - 2:0.

Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.