BolgeXeber.Com » Siyasət » Tramp bu məktubu ilə biabır oldu-FOTO

Tramp bu məktubu ilə biabır oldu-FOTO

30-05-2018, 10:28
Oxunub: 3 279 Tramp bu məktubu ilə biabır oldu-FOTOFloridada 17 tələbənin öldürülməsindən sonra ABŞ prezidenti Donald Trampla görüşmək istəyən ingilis dili müəllimi İvonne Mason Ağ Evdən gələn və qrammatik səhvlərlə dolu, görüş tələbini rədd edən məktubu sosial şəbəkədə yayımlayıb

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Mason Trampın məktubunda düzəlişlər edərək onu geri yollayıb.

Hazırda mühacirlərə və xarici vətəndaşlara qarşı sərt mövqe tutan Ağ Ev rəhbərinin ingilis dilini bilib-bilməməsi bu məktubdan sonra müzakirə mövzusu olub. Trampın rədd məktbunda gündəlik istifadə etdiyi "dövlət, millət, federal, prezident" sözlərində belə səhvlər qeydə alınıb.

Məktubun düzəliş etdiyi formasını sosial şəbəkədə paylaşan İvonne "Tramp şagirdim olsa, ona D verərdim" yazıb.
Tramp bu məktubu ilə biabır oldu-FOTO