BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - Dünənin kriminal xronikası

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - Dünənin kriminal xronikası

30-05-2018, 10:33
Oxunub: 1 869 Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - Dünənin kriminal xronikası2018-ci il may ayının 29-dan 30-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınmış, onların da 27-i “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.