BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Milli Qəhrəman Tahir Bağırova həsr olunmuş tədbir keçirilib

Hacıqabulda Milli Qəhrəman Tahir Bağırova həsr olunmuş tədbir keçirilib

30-05-2018, 13:38
Oxunub: 2 441 Hacıqabulda Milli  Qəhrəman Tahir Bağırova həsr olunmuş tədbir keçirilib30.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Çağırışa Hazırlıq şöbəsi tərəfindən Milli Qəhrəman Tahir Bağırova həsr olunmuş tədbir keçirildi

Tədbirdə Səfərbərlik və Hərbi Çağırışa Hazırlıq şöbəsinin əməkdaşları, Hacıqabul rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, Milli Qəhrəmanın həyat yoldaşı, mədəniyyət işçiləri, Qarabağ Əllilləri İçtimai Birliyinin rayon şöbəsinin əməkdaşları, Qarabağ veteranları, “Mədəni-irs” və “Hacıqabul” qəzetinin əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Çağırışa Hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Nurlan Abasov açdı. Dövlət Himni səsləndirildikdən sonra Qarabağ Əlilləri İctimai Birliyinin rayon şöbəsinin sədri İntiqam Abdulov, “Mədəni irs” qəzetinin təsisçisi Mübariz Xəlilov, Sabirabad regional Mədəniyyət idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, Qarabağ Veteranları Birliyinin sədri Mehman Süleymanov, rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev və başqaları Milli Qəhrəman Tahir Bağırovun keçdiyi həyat yolundan, Qarabağ uğrunda gedən müharibədə göstərdiyi sücaətlər barədə geniş məruzə ilə çıxış etdilər. Tədbirin sonunda Milli Qəhrəmanın həyat yoldaşı Sahilə Bağırova şəhidlərə, müharibə veteranlarına, Milli Qəhrəmanlara verilən yüksək dəyərə görə Ölkə Prezidentinə, rayon rəhbərliyinə və tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi.
Bolgexeber.com
Hacıqabulda Milli  Qəhrəman Tahir Bağırova həsr olunmuş tədbir keçirilib