BolgeXeber.Com » Xəbərlər » AST Telman 6 aydır işçilərinin maaşını vermir - Aksiya keçirdilər

AST Telman 6 aydır işçilərinin maaşını vermir - Aksiya keçirdilər

30-05-2018, 17:26
Oxunub: 1 977 AST Telman 6 aydır işçilərinin maaşını vermir - Aksiya keçirdilərAzərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi “Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.

Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.

Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.