BolgeXeber.Com » Şou-Biznes » “Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video

“Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video

31-05-2018, 10:16
Oxunub: 4 558 “Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video“Maşın” realiti-şounun təqdimatdan sonra ilk buraxılışı efirdə yayımlanıb və qalmaqallı hadisə ilə yadda qalıb.

Minval.info xəbər verir ki, verilişin qaydalarına uyğun olaraq qutudan ən çox şəkli çıxan müğənni Roza Zərgərli həyəcanlı anlar yaşayıb.

Belə ki, sənətçi səsverməyə çıxaraq rəqiblərindən birini çıxarmaq şansını qazanıb. Eyni zamanda özü də yarışmadan uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qalıb.

Veriliş boyunca Roza xanım hədəfini açıqlamayıb və bildirib ki, fikrində tutduğu şəxsin özü bundan xəbərdardır. Səsverməyə gəlincə isə həm “Qalsın”, həm də “Getsin”nə gələn smslər dəyişilib.

Aparıcı Murad Dadaşov iştirakçıların münasibəti öyrənən zaman onlar yarışmanın ilk günü olduğu üçün hədəfə çevrilməmələrindən dolayı ehtiyatlı açıqlamalar veriblər.

Lakin şounun başlamasından bir saat sonra müğənni seçiminin aparıcı Firuzə Cəfərova olduğunu söyləyib. Amma bu seçim qaranlıq qalıb çünki teleaparıcı verilişin əvvəlində ona səs istəyib və dəstək olub.

Firuzənin həmkarı Aytən Səfərova isə R.Zərgərlinin blef etdiyini bildirib və səs toplayarsa başqa iştirakçını çıxaracağını qeyd edib.

Hədəfdə olan iştirakçı Zərgərlini fikrindən daşındırmağa çalışıb. Bu zaman həmkarı Mətanət Əliverdiyeva ilə onun arasında qalmaqal yaşanıb. Lakin Mətanətin ona dediyi “özünü müdafiə edə bilmirsən” sözləri Roza Zərgəriliyə təsir edib. Belə ki, müğənni aparıcıya narazılığını bildirib. O isə bunun qarşılığında Roza Zərgərliyə dəstəyini nümayış etdirmək üçün tamaşaçılardan ona səs istəyib.

Şounun sonlarına yaxın isə müğənni hədəfini dəyişəcəyini bildirib. O, özünü oyunun qurbanı hesab etdiyindən belə qərara gəldiyini söyləyib.

Lakin verilişin gedişatında meyxanaçı Ələkbər Yasamallıya yaxınlaşan aparıcı Murad Dadaşov ondan fikirlərini öyrənən zaman iştirakçı bilmədən əllərini maşından çəkib. Bu zaman şoumen meyxanaçının əlini avtomobilə sıxıb və bunu ört-basdır etməyə çalışıb.

Oyunun qaydalarına əsasən, səsvermədən asılı olmayaraq Ə.Yasamallı belə olan halda yarışmanı tərk etməlidir.

Şouda səsvermələrin nəticələrinə görə Roza Zərgərli verilişdə qalıb.

Ələkbər Yasamallıya gəlincə, onun əllərini maşının üzərində çəkməsi barədə məlumat sosial şəbəkələrdə yayıldıqdan sonra Murad Dadaşov fikrini dəyişib. Şoumen həmin kadrları efirdə təqdim edib və nəticədə meyxanaçı yarışmanı ilk tərk edən iştirakçı olub.

Roza Zərgərli heç kimi çıxarmamaq şansını qazanıb və elə də edib.

“Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video
“Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video
“Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video
“Maşın Şou”-da Murad Dadaşov tamaşaçıları aldatmaq istədi, alınmadı… – Fotolar, Video