BolgeXeber.Com » Dünya » Yayın ilk günü Rusiyaya yenə qar yağdı

Yayın ilk günü Rusiyaya yenə qar yağdı

1-06-2018, 11:04
Oxunub: 3 521 Yayın ilk günü Rusiyaya yenə qar yağdıRusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.

Bolgexeber.com-un məlumatına görə, sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.

Qar bir saat ərzində fasiləsiz yağıb. Gecə havanın temperaturu -4 və - 9 arasında dəyişib.

Bugünkü proqnoza görə, Rusiyanın bu şəhərində arabir yağış gözlənilir.

Qeyd edək ki, ötən gün Rusiyanın Kirov şəhərinə də qar yağmışdı.