BolgeXeber.Com » Sosial » İki rayonda yüksək vəzifəli şəxslər həbs olunub

İki rayonda yüksək vəzifəli şəxslər həbs olunub

3-03-2011, 11:50
Oxunub: 5 538
İşi Respublika Baş Prokurorluğu araşdırır

Bolgexeber.com-un məlumatına görə, Baş Prokurorluğun müvafiq qurumu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir Şöbəsinin sədri Qismət Abdullayev həbs edilib.

APA-nın məlumatına görə isə Şamaxı şəhər bələdiyyəsinin sədri Mürvət Zeynalov, Şamaxı rayonunun Mədrəsə kənd bələdiyyəsinin sədri Fərman Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Mehman Əfəndiyev də saxlanıblar.

Həmin şəxslər dünən axşam saatlarında tutulublar.
İşi Respublika Baş Prokurorluğu araşdırır.