BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

1-06-2018, 15:25
Oxunub: 2 404 Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaqAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90 faiz təşkil edəcək.

İyunun 2-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə istiolacağı gözlənilir.

İyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.