BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev İmişlidə yol tikintisinə 5,8 milyon manat ayırıb

Prezident İlham Əliyev İmişlidə yol tikintisinə 5,8 milyon manat ayırıb

1-06-2018, 18:37
Oxunub: 1 758 Prezident İlham Əliyev İmişlidə yol tikintisinə 5,8 milyon manat ayırıbPrezident İlham Əliyev iyunun 1-də “İmişli rayonunun İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.