loading...
XƏBƏR LENTİ
Neft bahalaşdı
23 iyun 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İki aparıcı arasında qalmaqal: "Heç bir qadın kişiyə o sözü deməzdi" - Video

İki aparıcı arasında qalmaqal: "Heç bir qadın kişiyə o sözü deməzdi" - VideoGərginliyin günü-gündən artdığı “Maşın” şouda daha bir qalmaqal aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb Mətanətin aktyor Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.

Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə “Duzsuz” adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.

O, aktyora “Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu.... Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir” deyib.

Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.

Mətanətin “Mən maşın ətrafında sakit dayana bilmərəm. Zarafat da edirəm, “şpaqat” da açıram. Əcəb edirəm. Kim istəyir, baxsın, istəməyən, xoş gəldi” deməsinə cavab olaraq Aytən “Mən camaatın qarşısında “şpaqat” açmaram. Bu da mənim xarakterimdir. Yadından çıxartma ki, bir vaxtlar sənin bu hərəkətinə görə mən işimdən olmuşam” deyib.
Sonda Mətanət bildirib ki, o, sözünün üstündə durur:

"Heç bir qadın kişiyə o sözü deməzdi".

Bölmə: Şou-Biznes | 02 iyun 2018 10:14 | Baxış sayı: 82





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: