BolgeXeber.Com » İdman » Dünya çempionatının rəsmi videoçarxı təqdim olundu-VİDEO

Dünya çempionatının rəsmi videoçarxı təqdim olundu-VİDEO

2-06-2018, 12:44
Oxunub: 3 420 Dünya çempionatının rəsmi videoçarxı təqdim olundu-VİDEOFIFA Rusiyada keçiriləcək dünya çempionatının telekanallarda yayımı üçün rəsmi açılış videoçarxını təqdim edib.

Bolgexeber.com xəbər verir ki, ali futbol qurumunun YouTube səhifəsində yayılan televiziya çarxı 45 saniyə davam edir.

Qrafik videonun turnirin matçlarından əvvəl nümayiş olunacağı bildirilir. Görüntüdə mundialın bütün iştirakçıları təqdim olunub.

Bundan başqa Rusiyanın əsas simvolları və gəzməli-görməli yerləri öz əksini tapır.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-ə kimi davam edəcək.