loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakı meri kim olacaq: hansı başçılar yola salınır? - Deputat

Bakı meri kim olacaq: hansı başçılar yola salınır? - Deputat"Hansı icra başçıları işləyir, yeni iş yerləri açır və müəyyən investisiya yatırımında iştirak edirlər, onlar öz vəzifələrində qalacaqlar. Bir millət vəkili olaraq mütəmadi rayonlarda oluram"

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Prezident ötən gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi. Bu qərardan sonra icra başçılarının dəyişəcəyi barədə rəylər gündəmə gəldi...

- Ölkədə aparılan struktur islahatları davam edir. Gədəbəyin icra başçısı ilə əlaqədar mənə ciddi şikayətlər daxil olmuşdu. Mən bir millət vəkili olaraq bu şikayətləri yoxlanışa göndərmişdim. Hətta həmkarlarımla da bu barədə söhbət etmişdik, onların da narazılığı var idi. Bilirsiniz, heç kim işə elə belə qəbul olunmur və ya çıxarılmır. Bütün bu məsələlərlə bağlı Prezident Administrasiyası tərəfindən analiz aparılır, daha sonra nəticə Prezidentə müruzə olunur və ən sonda yekun qərar verilir. Hazırda icra başçılarının hamısı analizdən keçirilir. Yadınızdadırsa, ötən il Prezident icra başçılarının işinə rayonlara qoyulan investisiyalara əsasən qiymət veriləcəyini qeyd etmişdi. Hansı rayondan dövlət başçısına çoxlu şikayətlər daxil olursa və öz işini yarıtmırsa, dərhal vəzifəsindən çıxarılacaq. Qarşıda da bəzi rayonların icra başçıları ilə bağlı yeni qərarlar qəbul ediləcək. Konkret ad çəkmək çətindir.

- Vahid müəllim, bəs, hazırda hansı icra başçılarının fəaliyyəti qaneedici sayılır?

- Hansı icra başçıları işləyir, yeni iş yerləri açır və müəyyən investisiya yatırımında iştirak edirlər, onlar öz vəzifələrində qalacaqlar. Bir millət vəkili olaraq mütəmadi rayonlarda oluram. Şimal bölgəsi ilə yaxın əlaqəm var, görülən işlərdən xəbərdaram. Elə icra başçıları var ki, onlar çox yaxşı işləyirlər. Məsələn, Qusar, Xaçmaz və Sumqayıtın icra başçısı geniş aktivdirlər. Onlarla bağlı hər hansı dəyişiklik gözlənilmir. Bildiyiniz kimi, dekabrda Qubanın icra başçısı fəaliyyətsizliyinə görə vəzifəsindən azad edildi. Onunla əlaqədar çoxlu şikayətlər daxil olurdu. Ancaq yeni icra başçısı hazırda Qubada çox böyük işlər görür. Buna görə Prezidentin yaxın zamanlarda Qubaya yeni səfəri də gözlənilir.

- Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat gecikir...

- Çünki namizədlər həddindən artıq çoxdur. Açığı, Bakı merinin seçki vasitəsilə seçilməsi daha yaxşı olardı. Bu məsələyə Milli Məclisdə bir neçə dəfə toxunmuşuq. Həmkarlarım da Bakı Şəhər İcra Hakimiyyətinin başçısının seçki yolu ilə seçilməsinin tərəfdarıdır.

İndiki məqamda isə Prezident özü müəyyən edəcək: namizədlərdən hansını lazım bilsə, o da Bakı meri təyin ediləcək.
Bölmə: Müsahibə-Reportaj | 02 iyun 2018 15:35 | Baxış sayı: 267





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: