BolgeXeber.Com » Bölgə » Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlər-FOTO

Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlər-FOTO

2-06-2018, 15:52
Oxunub: 6 682 Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə tədbirlərlə qeyd olunur.

Bərdə Regional Mədəniyyət İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə silsilə tədbirlərin təşkilinə davam edir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb və dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bərdə Regional Mədəniyyət İdarəsi də öz növbəsində bu əlamətdar günü silsilə tədbirlərlə qeyd edir. İdarənin tabeliyində olan bütün mədəniyyət müəssisələrində bu münasibətlə tədbir və konsert proqramları təşkil olunur, əlamətdar günün tarixindən, bu gün uşaqlara olan dövlət qayğısından söz açılır.

Regional idarənin Bərdə rayon nümayəndəliyi də 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi gününü silsilə tədbirlərlə qeyd edir. Belə ki, nümayəndəliyin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində, klub müəssisələrində, kitabxanalarda və digər mədəniyyət müəssisələrində əlamətdar gün geniş tədbir proqramları ilə qeyd olunmaqdadır.

Təşkil olunmuş tədbirlərdən biri də Bərdə şəhərində yerləşən Heydər Əliyev adına park-bulvar kompleksində baş tutub. Şəhər sakinləri, məktəblilər, şəhərin qonaqlarının iştirak etdiyi “Uşaqlar bizim sevincimizdir” adlı tədbir böyük maraqla qarşılanıb.

Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qarabağ xalq çalğı alətləri” ansamblının ifa etdikləri bir birindən gözəl musiqi nömrələri uşaqlara əsil bayram sevinci yaşadıb. Ansamblın solistlərindən Ərəstun Əliyev, Firdovsi Məmmədov və digərlərinin ifa etdikləri xalq mahnıları və təsniflər tədbirə xüsusi bir zövq əlavə edib.

Tədbirdə maraq çəkən məqamlardan biri də gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi olub. Sərgilənən müxtəlif mövzuda rəsm əsərləri izləyicilərin böyük marağına səbəb olub.



Davam edən silsilə tədbirlərdən növbətisi Bərdə rayon Mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsində keçirilib. 1 iyun Uşaqların Beynəlxalq müdafiə gününə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbiri giriş sözü ilə uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açıb. O, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə günü haqqında geniş məlumat verərək dövlətimizin uşaqlara göstərdiyi qayğıdan, və bu səbəbdən qəbul edilmiş qərarlardan, respublikamızın da qoşulduğu BMT tərəfindən qəbul edilmiş konvensiyadan, onun müddəalarından, uşaq hüquqlarından geniş söz açıb. Çıxışını davam edən Sevda xanım onu da vurğulayıb ki, - “ Azərbaycanın birinci xanımı, birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın bu sahədə geniş fəaliyyətini xüsusi diqqətə çatdırmalıyıq. Məhz Mehriban xanımın rəhbərliyi altında Heydər Əlıyev Fondu uşaqların təhsili, sağlamlağı ilə bağlı çox böyük uğurlu layihələrə imza atmışdır”.

Sonra söz məktəblilərə verilib. Çıxış edən şagirdlər müxtəlif xalqların rəqslərini ifa edərək, kitablar haqqında təşkil etdikləri kompozisiyanı təqdim ediblər. Onlar kitabların dili ilə danışaraq, dostlarını onları oxumağa çağırıblar.

Tədbirdə “Uşaqların hüquqlarını qoruyaq” adı altında sərgi də təşkil olunub.



Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən klub müəssisələri də 1 iyun Uşaqların Beynəlxalq müdafiə gününü qeyd ediblər. Belə ki, Qaraqoyunlu kənd Mədəniyyət evi, Kələntərli kənd Mədəniyyət evi, Zümürxan kənd Mədəniyyət evi, Mehdixanlı kənd folklor evi, Şirvanlı kənd Folklor evi, Uğurbəyli kənd klubu, 1 nömrəli Mustafaağalı kənd klubu və digər klub müəssisələri bu əlamətdar günü geniş şəkildə qeyd ediblər.



Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib.

Yevlax rayon Aran qəsəbə uşaq musiqi məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə geniş tədbir keçirilib. Tədbirdə hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımı qərarların verildiyi, onlara böyük diqqətin göstərildiyi və hazırda da bu siyasi kurs ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Rəsmi hissədən sonra məktəblilər konsert proqramı ilə çıxış ediblər.



Yevlax şəhər Heydər Əliyev Mərkəzində şəhər 2№-li Uşaq musiqi məktəbi ilə birlikdə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş tədbir keçirilib.

Çıxış edən Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova əlamətdar günün önəmindən söz açaraq qeyd edib ki, “Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub”.

Daha sonra söz uşaqlara verilib. Çıxış edən uşaqlar müxtəlif movzuda şeirlər, ifalar səsləndirirərək rəqs ediblər. Bundan başqa mərkəzdə məktəblilərin əl işlərindən ibarət sərgi də qonaqlar tərəfindən maraqla qarşılanıb.



Yevlax şəhər Mərkəzi kitabxanasında 1 İyun - Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə “Dünyamızı uşaqlara görə qoruyaq” adlı bayram tədbiri keçirib. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Mətanət Rəşidova açıb. O, uşaqları təbrik edərək şagirdlərdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması sahəsində geniş çıxış edib.

Uşaqların ifaları, səslənən bir – birindən maraqlı şeirlər, mahnılar tədbirə əsl bayram sevinci yaşadıb. Tədbir uşaqların rəngarəng rəqsləri ilə sona çatıb.





Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Yəldili kənd mədəniyyət evi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə Yəldili kənd mədəniyyət evinin direktoru açaraq tədbir içtirakçılarını salamlayıb və uşaqları bayram münasibətilə təbrik edib. O qeyd edib ki, - “Xalqımızın ən gözəl ənənələrindən biri də odur ki, təkcə valideynlər yox, ümumiyyətlə hamı uşaqlara xüsusi qayğı, xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur”.

Tədbir məktəblilərin bir-birindən maraqlı ifaları ilə davam edib.



Yevlax rayon Xaldan kənd usaq musiqi məktəbi “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə Yevlax şəhər Mədəniyyət Mərkəzində körpə balaların görüşündə olub. Öncə Yevlax şəhər kukla teatrı uşaqların qarşısında çıxış edərək uşaqlarla əyləncəli oyunlar keçiriblər. Daha sonra Xaldan kənd uşaq musiqi məktəbi gözəl rəqs nömrələri ilə uşaqları sevindirib, uşaqlar isə öz növbələrində şən mahnı sədaları altında rəqs ediblər.

Xaldan kənd uşaq musiqi məktəbinin növbəti tədbiri isə Yevlax şəhər uşaq xəstəxanasında olub.

Orada müalicə alan körpələri sevindirmək üçün onların qarşısında gözəl rəqslərlə, ifalarla çıxış edən məktəb kollektivi uşaqlara əsl bayram sevinci yaşadıb.



1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü regional idarənin Tərtər rayon nümayəndəliyində də geniş şəkildə qeyd olunub.

Belə ki, Tərtər rayon MKS-inin Uşaq şöbəsi, Şəhər kitabxanası, Səhlabad, Qarağacı, Hüsənli, 36 №-li Qapanlı, 34 №-li Qapanlı, 21 №-li Sarcalı, Əksipara, Umudlu kənd, Meyvə -Tingliyi qəsəbə kitabxana filiallarında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə bayram tədbirləri keçirilib. Tədbirlərdə ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin uğurlu nəticələri, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğı xüsusi vurğulanaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün də etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.



Tərtər rayon Mədəniyyət Mərkəzi “Uşaqların Beynəlxalq Müdafiəsi Günü “ ilə əlaqədar tədbir təşkil edib. Tədbirdə ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı olmasından, onların vətənə layiqli vətəndaşlar kimi böyüdülməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratmasından söz açılıb. Qeyd olunub ki, uşaqlar bizim gələcəyimizdir və gələcəyimizin düzgün qurulması üçün əlimizdən gələni əsirgəməməliyik.

Tədbirdə uşaqlar rəqs edərək, müxtəlif məzmunlu şerlər söyləyiblər. Mərkəz tərəfindən uşaqların tədbirdə əylənib-şənlənməsi üçün hər cür şərait yaradılıb.

Regional idarənin Mingəçevir şəhər nümayəndəliyi də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü silsilə tədbirlərlə qeyd edib.

Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinin kollektivi Səməd Vurğun mədəniyyət filialı, Nəriman Nərimanov mədəniyyət filialı , Xalq Yaradıcılığı, Xalq Musiqisi və Sənətkarlıq filialları ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasının Uşaq nevraloji sanatoriyasında uşaqlarla ğörüş keciriib. Mədəniyyət Mərkəzinin kolektivi uşaqlar üçün şirniyyat süfrəsi açaraq onların bayramların təbrik ediblər. Tədbirdə iştirak eden hər bir uşağa fərdi yanaşılaraq diqqət göstərilib. Mədəniyyət Mərkəzinin direktoru Zəhra Bayramova bu sanatoriyanın əməkdaşlarına qüsurlu uşaqlara qayğı ilə yanaşdıqlarına görə təşəkkür edib, bu şərəfli və çətin işdə onlara uğurlar arzulayıb. Sonra Mədəniyyət Mərkəzinin və onun filialarının kollektivi uşaqlarla birgə rəqs ediblər. Sonda Mərkəzin kollektivi uşaqlarla xatirə şəkili çəkdirib.

Uşaq nevraloji sanatoriyasının baş həkimi Sevinc Seyidova isə öz növbəsində Mədəniyyət Mərkəzinin kollektivinə uşaqlara sevinc bəxş etdiklətinə görə öz təşəkkürünü bildirib.
Bolgexeber.com
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO
Bərdədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  silsilə tədbirlər-FOTO