BolgeXeber.Com » İqtisadiyyat » Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

2-06-2018, 17:15
Oxunub: 4 054 Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldıDünyanın ən iri mirvarilərindən olan “Yatmış şir” mirvarisi hərracda 374 min dollara satılıb.

Bolgexeber.com-un məlumatına görə, çəkisi 120 qram, uzunluğu 7 santimetr olan mirvari 18-ci əsrin əvvəllərində Çində tapılıb.

Formasına görə yatmış şiri xatırladan mirvari indiyədək şirin su hövzəsində tapılmış ən böyük mirvari hesab olunur.
Qeyd olunur ki, bu mirvari 1778-ci ildə Rusiya imperatriçası II Yekaterinaya hədiyyə olunmuşdu.