Sel daha bir rayonu “vurdu”
4-06-2018, 10:44
Oxunub: 4 698
Son günlər yağan leysan yağışları Ağsu rayonunda bir sıra fəsadlar törədib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Ağsu cayı bir neçə istiqamətdə öz məcrasından çıxaraq Maşadqanlı kəndinin yolunu tamamilə dağıdıb. Nəticədə kəndin 1500 nəfər sakininin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolun dağılması nəticəsində kəndin elektrik və rabitə dirəkləri aşıb, içməli su və qaz xətti qırılaraq sıradan cıxıb. Bundan başqa çaya gələn güclü sel kəndin suvarma kanallarını da dağıdıb.
Vəziyyətlə bağlı rayonun rəhbər şəxləri hadisə yerində olub və sakinlərlə görüşüb. Yaxın vaxtlarda yolun yenidən bərpa olunması istiqamətində işlərə başlanılacağı qeyd olunub.
Kəndə müvəqqəti gediş-gəlişi bərpa etmək üçün hazırda əraziyə texnikalar cəlb olunaraq alternativ yol çəkilişi aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər