BolgeXeber.Com » Analitika » Azərbaycanda 25, Avropda 3 faiz – Cibimizə girən banklar

Azərbaycanda 25, Avropda 3 faiz – Cibimizə girən banklar

4-06-2018, 12:31
Oxunub: 5 427 Azərbaycanda 25, Avropda 3 faiz – Cibimizə girən banklarŞərq insanında, zənnimcə, “qonşudan geri qalama” düşüncəsi dominantdır.

Elə bu düşüncədir ki, toy mərasimi, yas mərasimi, ev aldı, əsgər yola saldı, körpə dünyaya gəldi demədən heç kimdən geri qalmamaq üçün illərlə çabalayırıq.

Bəs görəcəyimiz iş büdcəmizi aşdıqda nə edirik? “Yaxşı ki, banklar var” deyib, düşürük bankların canına. Banklar da bir himə bənd imiş kimi bizim pula ehtiyacımızın olmasında istifadə edərək, yüksək faizlərlə kredit müqaviləsini imzalamağa razı salır. Sonda vətandaş elə bir vəziyyətə düşür ki, bir bankın kreditini bağlamaq üçün digər bankdan mədət umur.

Minval.info vətəndaşların kreditlərə artan tələbatlarını nəzərə alaraq ölkəmizdəki bankların faiz dərəcələri ilə bağlı kiçik araşdırma edib. Bunun üçün bank üzrə ekspert Əkrəm Həsənov suallarımızı cavablandırıb.

Hər bankın özünün faiz göstəricisi olduğunu söyləyən Əkrəm bəy Avropada bu prosesin fərqli olduğunu da qeyd edib. “Ölkəmizdə banklar öz faizlərini müəyyənləşdirməkdə sərbəstdir. Bu məsələlər hər hansı bir qanunla tənzimlənmir. Lakin bir çox Avropa ölkələrində bank faizi artıq olanda vətəndaşın məhkəməyə müraciət edib, faizi aşağı endirmək ixtiyarı var”- deyən Əkrəm bəy 4 il əvvəl alman professoru Krepslə bərabər bankların faiz məsələlərini Nazirlər Kabinetinin həll etməsi üçün qanun layihəsi hazırladığını və bunun üzərində hazırda iş də getdiyini bildirdi.

Ekspert qonşu ölkələrdən Gürcüstan və digər Avropa ölkələri ilə müqayisədə Azərbaycanda bank fazirlərinin qat-qat yüksək olduğunu, hər kəsin ürəyi istəyən qiyməti qoyduğunu da bildirib.

“Bizdə bank rəhbəri öz qohumuna, tanışına, əməkdaşlıq etdiy şirkətlərə çox aşağı faizlə kredit götürməyə imkan yaratdığı halda, digər vətəndaşlara isə çox yüksək verir”- deyən Əkrəm bəy bu baxımdan ölkəmizdə hansı bankın daha aşağı, hansı bankın yuxarı faiz təyin etdiyini müəyyənləşdirməyin çətin olduğunu da qeyd edib.

Müəyyən bir araşdırmadan sonra ölkəmizdə nağd pul kreditlərinin təqribən 18-31%, avtomobil kreditlərinin 14-25% arasında dəyişdiyini müəyyənləşdirdik. Təbii ki, bu da vətəndaşın əvvəl həmin bankdan kredit götürüb-götürməməsi ilə də bağlı ola bilir.

Bəs ölkəmizlə müqayisədə, Avropada bank faizlərində vəziyyət necədir?

Belçika ilə Almaniyada kredit faizləri təqribən 4-7% arasında dəyişir. Yunanıstanda müddəti 1 ilə qədər olan və 1 ildən beş ilə qədər olan istehlak kreditləri borcalana illik 8,5%-ə başa gəlir. Müddət beş ildən daha uzun olan kreditlər isə illik 9%-lə verilir. Fransada da kreditlər 3,50%-dən başlayır. Ucuz istehlak kreditlərini İtaliyada rast gəlmək mümkündür.

Burada müxtəlif kredit növləri üzrə orta faiz dərəcəsi Azərbaycanla müqayisədə 4-5 dəfə daha aşağıdır. Bir ilə qədər istehlak kreditləri üzrə faizlər təxminən 3, 64% təşkil edir. 1 ildən 5 ilə qədər olan kreditlər isə orta hesabla 4,32%-lə verilir, 5 ildən daha uzun müddətə veriləm kreditlərdə isə bu rəqəm 5,24% təşkil edir