BolgeXeber.Com » Şou-Biznes » “45 yaşın var, tərbiyən olsun” – Mətanətlə Roza dalaşdı

“45 yaşın var, tərbiyən olsun” – Mətanətlə Roza dalaşdı

4-06-2018, 12:33
Oxunub: 8 030 “45 yaşın var, tərbiyən olsun” – Mətanətlə Roza dalaşdıMüğənni Roza Zərgərli ilə aparıcı Mətanət Əliverdiyeva canlı yayımda dava edib.

Musavat.com xəbər verir ki, Mətanətin İlhamə Bədəlovaya dəstək olması ifaçını özündən çıxarıb: “Həmkaram deyib, ona dəstək olursan. O zaman bütün müğənnilər, reperlər “Qurd”a səs versin”.
Rozanın müdaxilə etməsi Mətanəti əsəbləşdirib və ona iradını bildirib.

Mətanətin “Mən İlhaməyə də, Fərid də dəstək olmaq istəyirəm. Sən yuyulmamış çömçə kimi araya qarışma”, sözləri Rozanı əsəbləşdirib.

“İki gündür ki, bizə imkan vermirsən. Mən səninlə mübarizi apara bilmərəm. Mənə o sözü deyə blilməzsən. Sənin üçün Aytən Səfərova deyiləm. 45 yaşın var, tərbiyən olsun”, – deyə, Roza bildirib.

M. Əliverdiyeva isə “Tərbiyəsiz sənsən”, – deyərək, Zərgərliyə cavab verib.