BolgeXeber.Com » Xəbərlər » Növbəti iki gündə temperatur 32 dərəcəyədək yüksələcək - PROQNOZ

Növbəti iki gündə temperatur 32 dərəcəyədək yüksələcək - PROQNOZ

4-06-2018, 15:10
Oxunub: 2 922 Növbəti iki gündə temperatur 32 dərəcəyədək yüksələcək - PROQNOZNövbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, iyun ayının 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "İyun ayının 5-i gündüz yağışın tədricən kəsiləcəyi, hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bölgələrdə 27-32 dərəcə isti təşkil edəcək".

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Lakin iyunun 5-i günün birinci yarısında qısamüddətli yağış yağacağı ehtimal olunur".

Mütəxəssis qeyd edib ki, növbəti günlərdə ölkə ərazisində şərq küləyinin üstünlüyü müşahidə olunacaq.