loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Sağlam ailə” bir ailəyə hansı dəhşət yaşadib?

Tibb mərkəzinin yanliş diaqnozu gənc ailə başçısını təlaşa salıb

Redaksiyamıza Bakı sakini Əliyev Zaurun adından şikayət məktubu daxil olub. Narazı vətəndaş həkim səriştəsizliyindən şikayətçidir.

Onun Dia.az-a ünvanladığı məktubda deyilir: “23.01.2013 tarixində oğlum Əlizadə Ələkbərin müayinəsi ilə əlaqədar “Sağlam Ailə” tibb mərkəzinə müraciət etdik. Həmin tibb mərkəzində oğlum Əlizadə Ələkbər ümümi qan analizi və rəngli dopler EXO- kardioqramma olundu. Həmin günü bizə EXO- kardioqrammanın cavabı verilmiş və biz “Sağlam Ailə” tibbi mərkəzinin labaratoriya cavablarını oxuduqda çox dəhşətli anlar yaşadıq. EXO- kardioqrammanın cavabında göstərilirdi ki, Əlizadə Ələkbarin ürəyində çox ciddi problemleri var və orada yazılanları olduğu kimi burada qeyd edirəm.

Minimal -1 dərəcəli trikspid qapaq catışmamazlığı. Minimal mitral qapaq catışmamazlığı. Minimal pulmonar catışmamazlığı qeyid edilir.

Hətta həkim Həşimova Mehri ciddi olaraq bildirdi ki, Əlizadə Ələkbərdə çox ciddi ürək qusurları və problemləri var. Böyük təlaş içində EXO- kardioqrammanın cavabını bizə ailəvi yaxın olan ixtisasca terapevt-həkimə gostərdik. O bu cavabları oxuduqda EXO- kardioqrammanın cavabı onda şübhə doğurdu və o, bizə məsləhət gördü ki, başqa bir kardioloqa müraciət edək. Biz də həkim-terapevtin dediyi kimi başqa bir kardioloqa müraciət elədik.

Həkim kardiolqda EXO- kardioqrammanın cavabına şübəhəli yanaşdı. Həkim kardioloq bizə məsləhət verdi ki, başqa bir yerdə yenidən rəngli dopler EXO- kardioqramma olunsun və biz uşağın başqa bir tibbi mərkəzdə EXO- kardioqrammasını çıxardıq. İkinci tibbi mərkəzdə olunan EXO- kardioqramma “Sağlam Ailə” tibbi mərkəzində olunmuş EXO- kardioqramma arasıda çox böyük bir fərq var idi.

Bu da onu gösdərir ki, “Sağlam Ailə” tibbi mərkəzində övladıma qoyulan tibbi diaqnozun hec bir əlaməti doğru olmayıb. Bu nəticədən sonra mən “Sağlam Ailə” tibb mərkəzinin baş həkiminin müavini Sevinc xanımla əlaqə saxladım və bütün bu olanlar barəsində ona məlumat verdim. Sevinc xanımın da bu problemə ciddi yanaşmadığını hiss elədim. Mən belə düşünürəm ki, “Sağlam Ailə” tibb mərkəzi ancaq pul qazanmaqla məşğuldur və onları insanların sağlamlığı heç də maraqlı deyil. Hər halda insanların taleyinin bu cür savadsız həkimlərə etibar edilməsi böyük bir cinayət hadisəsidir. Çünki məhz onların cüzi yanlışlıqları bir insanın həyatına son qoyur. Odur ki, əlaqədar təşkilatlardan, Səhiyyə Nazirliyi başda olmaqla xahiş edirəm ki, özbaşına buraxılmış özəl tibb müəssisələrinin tibbi personalı ciddi şəkildə yoxlanılsın və onların arasında heç baytar olmağa layiq olmayanlar belə taplıaraq cəzalandırılsın”.

Bölmə: Sosial | 30 yanvar 2013 11:00 | Baxış sayı: 3267





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: