loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Masalarımızdakı “narkotik qidalar” – onlar həyatımızın ayrılmaz hissəsinə necə çevrilib?

Masalarımızdakı “narkotik qidalar” – onlar həyatımızın ayrılmaz hissəsinə necə çevrilib?Və ya fast-food necə həyatımızın ayrılmaz hissəsinə çevrilib

“Ay bala, kim bilir hansı yağlarla hazırlayırlar onları”. Bu replika sizə də tanış gəldimi? Bu deyimin ortaya çıxmasına səbəb olan fast-food sektorunun nə qədər köhnə olduğunu eşitdiyiniz zaman şok olacaqsız.

Uşaqkən valideynlər tərəfindən “mənbəyi məlum olmayan” şəklində adlandırılan fast-food növlü yeməklər günümüzdə də populyarlığını qorumaqdadır. Artıq on minlərlə şöbəsi olan firmaların hər yerdə eyni keyfiyyətdə hazırlanan məhsulları həyatımızın bir parçası halına gəlib. Nə qədər sağlam olması ilə bağlı müzakirələrin olduğu, hətta bununla bağlı sənədli filmlərin belə çəkildiyi bu yemək növünün uzaq keçmişə dayandığını öyrəndiyinizdə təəccüblənəcəksiz.

Nə deməkdir bu fast-food?

“Hazır yemək” olaraq adlandırılsa da, tam tərcüməsi “sürətli yemək”dir. Yəni müştərilər üçün bufet, restoranlarda və ya səyyar satıcıların təqdim etdiyi sürətlə hazırlanan və ya paket edilmək üzrə satılan yeməklər başa düşülür.

Hamburgerin tarixi orta əsrlərə təsadüf edir.

Çox adam fast-foodun ilk olaraq Amerikada ortaya çıxdığını düşünsə də, bu, belə deyil. Bir çox fast-food məhsulu yüzillər öncəsinin Avropasına təsadüf edir. 1598-ci il London araşdırmasında və 1840, eləcə də 1850 dönəmlərinin İngiltərə tarixinin anladıldığı dönəmlərdə də fast-food məhsullarından bəhs edilir.

Romalılar tərəfindən fast-food növlü yeməklər istifadə edilirdi.

Hətta fast-food tərzindəki məhsulların tarixini daha da keçmişə apara bilərik. Bu gün sevərək yediyimiz hamburgerlər əslində Orta Şərq dönəmində Rusiyanın Baltıka bölgələrində, xüsusən də tatarlar olmaq üzrə bir çox qəbilə tərəfindən yeyilən bifştekslərdir. Tatarlar bu ləzzətli əti Hamburq limanında almanlara tanıdıblar, almanlar isə bu əti qızartdıqdan sonra soğan qataraq tükətməyə başlayıblar. Bununla yanaşı işi daha da geriyə götürərək miladdan öncəki illərdə romalıların fast-food məhsulu olaraq qəbul edilən hamburger və pizza növlü yeməkləri yediklərini deyənlər də var.

ABŞ fast-foodunun tarixçəsi.

1950-ci illərdə Amerikada qurulan fast-food növlü yeməklər satan firmalar bu sahədə o qədər böyüdülər ki, milyardlarla dollarlıq qazanc əldə edən, minlərlə şöbəsi olan qurumlar halına gəldilər. Bununla da avtomatik olaraq hamburger və pizza kimi fast-food növlərindən bəhs edilincə, ilk ağıla ABŞ-ın gəlməsi qaçılmaz oldu. Gündə 69 milyon nəfərə xidmət verən “Mc Donalds” bu sektorun liderliyini saxlasa da, onun arxasınca hamımızın tanıdığı KFC və “Burger King” kibi markalar gəlməkdədir.

Fast-foodun nə qədər sağlam olması məsələsində dartışmalar davam edir.

Fast-food yeməklərinin insan sağlamlığına çox ciddi zərəri olduğu məsələsində illərdir davam edən bir dartışma var. Fast-food növü yeməklərin bir çox xəstəliyə səbəb olduğunu deyənlərin sayı heç də az deyil. Hətta bu mövzuda hazırlanmış bir sənədli film də var: Morqan Spurlock adlı bir sənədli film rejissoru tam bir ay boyunca bütün yemək saatlarını bir fast-food mağazasının məhsullarından yeyərək keçirir. Hardasa ölümlə burun-buruna gələn Spurlock bu təcrübəsini qeydiyyata alır və “Şişirt Məni” adlı bir sənədli filmi ictimaiyyətə təqdim edir.

fast food ile ilgili görsel sonucu

Hər şey qastritdən başlayır və insan cərrahın pasiyentinə çevrilir

Həkimlərin ümumiləşdirilmiş rəyi isə ondan ibarətdir ki, fast-food qidalarında -dönərlər, lahmancunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu cür qidaları qəbul etmək çox təhlükəlidir.

Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez bağırsağın müxtəlif helmintoz və başqa parazitar xəstəliklər ilə müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qara ciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir.

Digər tərəfdən, fast-food yeməkləri mədənin və onikibarmaq bağırsağın selikli qişasına ciddi zədə yetirir. Hər şey adi qastritdən başlayır və xoralara, qanaxmalara gətirib çıxarır və nəticədə pasiyent cərrahın qəbuluna düşməli olur.

Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meylli olmasından irəli gəlir. Bundan əlavə, fast-food qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaş arası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.

Fast-food niyə artıq çəki yaradır?

Heç kimə sirr deyil ki, fast-food birbaşa artıq çəki yaradır. Üstəlik, burada böyük çəkilərdən söz gedir. Fast-food niyə artıq çəki yaradır?

Bütün həkim və dietoloqlar iddia edirlər ki, fast-foodun ziyanı onun çox qəbulu ilə daha da artır. Bu səbəbdən müntəzəm fast-food qəbulu arzuolunmazdır.

Əsas məsələ ondadır ki, bu tip qidalar yüksək kalorili, yüksək dərəcədə yağlı və az vitaminli olurlar. Əsasən də, bu, hamburqerlərə aiddir.

İş ondadır ki, bu tip restoranlar müştəriləri daim cəlb etmək üçün qidaları çox yağlı və bol şəkərli edirlər. Hətta sağlam qida altında satdıqları salatlarda belə dadlandırıcılardan istifadə edirlər ki, bunları da sağlam qida adlandırmaq çətindir.

Fast-foodun ziyanı barəsində hər kəs bilir, lakin bu restoranların satışı ildən-ilə artır. Ən əsas mənfi nəticə kimi artıq çəki və piylənmə qeyd olunur. Hamburqer, free, südlü kokteyllər, qızardılmış toyuq dadlı olmaqla yanaşı olduqca kalorilidirlər. Misal olaraq, ən populyar olan çizburqer tərkibində 540 kilokalori və 29 qr yağ cəmləşdirir, əlavə olaraq free də qəbul edilərsə – 500 kilokalori və 25 q yağ deməkdir.

Fast-food yüksək natrium tərkibinə malikdir. Natrium qidanı dada gətirir və uzunmüddətli edir. “The American Heart Association” qeyd edir ki, insan orqanizminin gündəlik qəbul edəcək natrium miqdarı 2300 mq-ı aşmamalıdır. Çizburqer və free artıq 1390 mq natriuma sahibdirlər.

Müntəzəm yüksək natriumun qəbulu orqanizmdə su saxlanmasına gətirib çıxardır, nəticədə qan həcmi artır və arterial təzyiq yüksəlir.

Müntəzəm fastfoodun qəbulu – yüksək miqdarda yağlar və qanda xolesterinin artmasına gətirib çıxardır.

Bir sözlə, fast-food qəbulu insan orqanizminə ziyandır. Əgər siz bundan tam imtina edə bilmirsinizsə, ən azından fast-food qəbulunu azaldın və aşağıdakı məsləhətləri nəzərə alaraq, ziyanın həcmini azaldın.

*Çipsi əvəzinə popkorn;

*Dondurma əvəzinə dondurulmuş meyvə şirəsi;

*Adi burqer əvəzinə tərəvəzli burqer;

*Südlü kokteyl əvəzinə meyvəli smuzi;

*Qazlı içkilər əvəzinə ev limonadı istifadə etməyə çalışın.

Fast-food insan genlərini dəyişir!

Bizim immun sistemimiz fast-food qidalarını bakterial infeksiya kimi qəbul edir, bu qidalar “epigenetik dəyişikliklər”ə yol açır. Bu nəticəyə Bonn Universitetinin genetik alimləri gəliblər.

Siçanlar üzərində aparılan təcrübədə bir neçə siçan “qərbsayağı pəhriz”ə otuzdurulub. Onlara yağı, şəkəri, duzu bol olan fast-foodlar verilib, meyvə, tərəvəz isə verilməyib. 1 aydan sonra onların qanında təhlükəli infeksiyaya yoluxmada olduğu kimi immun hüceyrələri yaranıb.

“Sağlam olmayan qidalanma” siçanların qanında qranulosit və monositlərin sayını artırıb. Alimlər siçanların orqanizmində “fast-food ötürücüsü” adlı bir gen təyin ediblər ki, bu gen zərərli qidalara güclü reaksiya verir.

Ən maraqlı fakt isə bu pəhrizin immunitetə təsiri olub. Fast-food siçanların genetik informasiyanı qoruyub saxlamaq qabiliyyətini dəyişib. Hüceyrələrdəki DNK sapları adətən zülal ətrafında dolanmış kimi olur. Amma qeyri-sağlam qidalanmadan sonra bu saplar öz strukturunu dəyişərək, bir neçə sapın topadan ayrılıb ayrıca struktur kimi qalmağa can atıb. Belə mənzərə adətən orqanizmdə iltihabi proses başlayanda baş verir.

Siçanlar 1 aydan sonra adi qidalanmalarına keçdikdən sonra qanda DNK-nın mənzərəsi dəyişib, iltihab prosesi əlamətləri yoxa çıxıb, amma immunitetdə epigenetik dəyişikliklər hələ də qalmaqda davam edib.

Bu təcrübə onu göstərib ki, fast-food və zərərli qidalanmaya orqanizmin reaksiyası bir iltihabi prosesə olan reaksiya kimidir. Orqanizm bu qidanı təhlükə və xəstəlik kimi qəbul edir, dərhal qanda dəyişikliklər baş verir, “döyüş hazırlığı” siqnalı verilir. Əgər insan bu zərərli qidalardan əl çəkib, sağlam qidalanmaya keçərsə, orqanizm yalnız 2-3 aydan sonra bunu başa düşüb, bu prosesləri ləğv edə bilər. Amma insan uzun müddət – uşaqlıqdan yaşlanana kimi fast-food yeyərsə, onun qanında və genetikasında bu dəyişikliklər geridönməz hala çevrilər, burdan da II tip şəkərli diabet, ürək, qan-damar sistemində problemlər başlayacaq.


Hazır yeməkləri narkotik qida adlandıranlar…

Avropalı mütəxəssislər satışda olan hazır yeməkləri insan həyatına təhlükəli qida və “narkotik qida” kimi tanıdı. Bu qidaların tərkibindəki süni kombinasıyalar narkotik maddələrdə olduğu kimi, insanda asılılıq vəziyyəti yaradır və bu da nəticədə insanda ciddi fəsadlara – xəstəliklərə yol açır. Avropa alimləri apardıqları uzun araşdırmalar nəticəsində belə bir qənaətə gəliblər ki, ziyanlı yeməklərdə olan dadın süni kombinasiyası beyinin neyronlarına psixotrop maddələr kimi təsir edir.

Əslində bir çox müasir qida məhsullarının istehsalında narkotiklərin hazırlanmasında istifadə olunan texnologiya işlənir. Bu təsirin səbəbi dadın süni kombinasiyasıdır. Dad reseptorlarının stimulasiyası vasitəsilə beyin aktivləşməyə başlayır. Ona görə də, məsələn, süd kokteylləri və çipslər insanda asılılıq yarada bilir, təzə meyvə isə yox.

Sevinc TELMANQIZI
Bölmə: Analitika | 04 iyun 2018 17:15 | Baxış sayı: 154





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: