BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb - Dünənin kriminal xronikası

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb - Dünənin kriminal xronikası

5-06-2018, 10:31
Oxunub: 1 945 Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb - Dünənin kriminal xronikası2018-ci il iyun ayının 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınmış, onların da 11-i “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.