BolgeXeber.Com » Ölkə » Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır (VİDEO)

Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır (VİDEO)

5-06-2018, 13:09
Oxunub: 4 014 Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır (VİDEO)Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.

Xezerxeber.az-ın məlumatına görə, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda "Təzə bazar" adlanan ərazidə yerləşən ''Real optika'' adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.

Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxladıq. Həmin şəxs bildirdi ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.

Vətəndaşların buna münasibəti isə birmənalıdır.

Biz faktı göstərdik. Yəqin ki, bundan sonra aidiyyati qurumlar üzərində Ermənistan bayrağının təsviri olan eynəyin Azərbaycana necə gəlib çıxdığını araşdıracaqlar.