BolgeXeber.Com » Bölgə » Yeni başçıdan şok qadağa

Yeni başçıdan şok qadağa

3-03-2011, 19:05
Oxunub: 5 547
Elmar Vəliyevdən Gəncənin mərkəzi hissələrində tikiləcək binaların ən yaxşı halda dördmərtəbəli olacağı barədə göstəriş verib

“Gəncə şəhərinin mərkəzində hündürmərtəbəli binaların inşası qadağandır. Şəhərin mərkəzi hissələrində tikiləcək binalar ən yaxşı halda dördmərtəbəli olacaq”. Bolgexeber.com SİA.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Elmar Vəliyev bildirib.

Elmar Vəliyev qeyd edib ki, şəhərin mərkəzi hissələrində tikilən yeni binalar Gəncənin gözəlliyinə mənfi təsir göstərir. Şəhərin görkəminə xələl gətirdiyi üçün hündürmərtəbəli binaların tikintisi məhdudlaşdırılacaq.