BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımovadan böyük iddia

Aygün Kazımovadan böyük iddia

30-01-2013, 11:30
Oxunub: 4 532 'Mən olmasam, Azərbaycan musiqisi çox geridə qalardı'

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Aygün Kazımova tanınmış reper Snop Doqla duet oxuyacaq. Məlumata görə, müğənni bu barədə Türkiyə mətbuatına verdiyi müsahibədə danışıb. Aygün Kazımova duet oxuma təklifinin Snop Doqdan gəldiyini və çəkilişlərin Los-Ancelsdə, reperin evində baş tutacağını bildirib.
Tanınmış müğənni “Sizə niyə Azərbaycanın Ajda Pekkanı deyirlər?” sualına da maraqlı cavab verib: “Ajda Pekkan da Türkiyənin divasıdır. Tanımasam da, onu çox sevirəm. Mən Azərbaycanda musiqimlə çox yeniliklərə imza atmışam. Mən olmasaydım, Azərbaycan musiqisi çox geridə qalardı.”
Qeyd edək ki, Aygün Kazımova “İkinci sən” mahnısını Türkiyədə Sinan Akçılla duet şəklində ifa edib.