loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İTV-də yeni - TƏYİNATLAR

İTV-də yeni - TƏYİNATLARBu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib

Lent.az-ın xəbərinə görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun yeni təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb.

Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu vəzifələrdə çalışan sabiq əməkdaşlarına göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulanıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun sözlərinə görə, Şirkətin idarəetmə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib: "İctimai Televiziya və Radioda hazırda peşəkar heyət çalışır. Biz daha yaxşı televiziya və radio yayımı təmin etmək məqsədilə peşəkarlığı ilə seçilən insanlarla əməkdaşlıqda maraqlıyıq”.

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən etibarən fəaliyyətə başlayıb. Geniş beynəlxalq əlaqələrə malik olan İctimai Televiziya və Radio Yayımları Şirkəti yüzlərlə uğurlu və miqyaslı layihəyə imza atıb. Şirkət gələcəkdə də uğurlu yerli və beynəlxalq layihələrin sayını artırmağı planlaşdırır.
Bölmə: Media, Xəbərlər | 05 iyun 2018 17:53 | Baxış sayı: 180





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: