BolgeXeber.Com » Sosial » Hər il 7 milyon insanı öldürən siqaretin ürəyə təsiri ilə bağlı qorxunc VİDEO

Hər il 7 milyon insanı öldürən siqaretin ürəyə təsiri ilə bağlı qorxunc VİDEO

5-06-2018, 18:04
Oxunub: 6 354 Hər il 7 milyon insanı öldürən siqaretin ürəyə təsiri ilə bağlı qorxunc VİDEODünya sağlamlıq təşkilatı “Siqareti tərgitmə günü” adlı bir video yayımlayıb.

Video siqaret aludəçisi olan insanlara həsr edilib. Görüntülərdə siqaretin ürəyə necə zərər verməsi izah edilir. Təşkilat bu video ilə siqaretin ürəyə təsirini və ölümcül xəstəlik yarada biləcəyini çatdırır.

Hazırlanmış 30 saniyəlik videoda insanlardan tütünün ürək xəstəliklərinə səbəbi olmasını bilib-bilmədikləri soruşulur. Verilən sual ilə yanaşı, ürəyin siqaret çəkilən anda döyüntüləri göstərilir. Görüntülər irəlilədikcə ürəyin döyüntüləri sürətlənir və klapanların zədələndiyi nümayiş etdirilir. Videonun sonunda “tütünü deyil, sağlamlığı seç, ürəyini qoru” kimi mesajlar verilir.

Dünyada ürək xəstəliklərinin yaranma səbəbinin 17 faizini tütün təşkil edir.

Dünya Sağlamlıq Təşkilatında işləyən doktor Tedros Adhanom siqaret və ürək xəstəlikləri arasındakı bağlantılar haqqında çağırış edib: “Bir çox insan tütünün xərçəng və ağ ciyər xəstəliklərinə səbəb olduğunu bilir. Lakin bir çoxu da siqaretin ürək xəstəliyinə və ən qorxulusu iflicə səbəb olmasını bilmir”.

Statistikaya görə, dünyada hər il 7 milyondan çox insan tütünə görə dünyasını dəyişir. Ancaq bir çox insan bu ölümlərə tütünün səbəb olduğunun fərqində deyil. Siqaret tüstüsünün tərkibində damarları daraldan qətran və 7 mindən artıq kimyəvi maddə var.

Tütünün tərkibindəki son dərəcə asılılıq yaradan toksin maddə olan nikotin, ürək döyüntülərinin sürətlənməsində və qan təzyiqindəki təhlükəli artımlarla bir başa əlaqəlidir. Siqaret çəkmək qandakı oksigenin yerini alan karbon monoksid kimi zəhərli qazları ifraz edərək ürəyin oksigen miqdarını azaldır.

Bir çox ölkələrdə aparılan sorğu nəticəsində məlum olub ki, insanlar bir çox ölümün səbəbinin tütün olduğunu bilmir.

Dünya sağlamlıq təşkilatı ümumi olaraq dünyada siqaret çəkənlərin sayının azaldığını deyir. Təşkilat 2025-ci ilə qədər insanların böyük ölçüdə siqareti tərgitmələri üçün ciddi tədbirlər gördüyünü də açıqlayıb.

Məlumata görə, bu məqsədə nail olmaq üçün hər səkkiz ölkədən yalnız biri təşəbbüs göstərir. Dünya sağlamlıq təşkilatı il ərzində tütünün öldürdüyü insanlardan 3 milyon nəfərinin gənclər olduğunu da açıqlayıb.