BolgeXeber.Com » Dünya » Putinin Olimpiya Çempionu olan xanımı - Foto

Putinin Olimpiya Çempionu olan xanımı - Foto

30-01-2013, 11:45
Oxunub: 4 837


Rusiya prezidenti Vladimir Putinin Gimnastika üzrə Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Alina Kabayevadan ikinci uşağı olub

Bolgexeber.com-un məlumatına görə, bu barədə xəbəri Amerikanın “New-York Post” qəzeti yazıb.

Qəzetin iddiasına görə, Putinin Alinadan qız övladı dünyaya gəlib. Körpənin ötən ilin noyabr ayında doğulduğu bildirilir.
Putin doğumdan sonra Kabayevanı və iki uşağını Soçidəki “Boçarov Ruçey” iqamətgahına aparıb. Saray əvvəllər çarların yay igamətgahı olub.
Rusiya prezidentinin rəsmi həyat yoldaşı Lyudmila Putinaya gəlincə isə, o hazırda Pskov vilayətindəki Yelizarov monastırının qonaq evinə qapanıb, heç bir yerə çıxmır.

Xatırladaq ki, Putin və Alina Kabayevanın münasibətləri 2008-ci ildən başlayıb. İddiaya görə, bu münasibətdən Putinin 3 yaşlı oğlu və 2 aylıq qızı var.