BolgeXeber.Com » Gündəm » Komitə sədri daha bir məmuru işdən çıxartdı: yeni təyinatla

Komitə sədri daha bir məmuru işdən çıxartdı: yeni təyinatla

6-06-2018, 12:39
Oxunub: 4 120 Komitə sədri daha bir məmuru işdən çıxartdı: yeni təyinatlaQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") kadr dəyişiklikləri olub

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Rafiq Şamıyev işdən çıxarılıb.

Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Digər əmrlə Elman Quliyev "Qaçqınkom" Aparatı rəhbərinin müavini təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun müdiri işləyib.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılıb. Müvafiq əmrlə Namiq İbrahimov həmin şöbənin müdiri təyin edilib.