loading...
XƏBƏR LENTİ
Neft bahalaşdı
23 iyun 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əbülfəs Qarayev deputatın tikintisini dayandırdı – Araşdırma başladıldı

Əbülfəs Qarayev deputatın tikintisini dayandırdı – Araşdırma başladıldıXəbər verdiyimiz kimi, Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb

Paytaxtın Salatın Əsgərova küçəsində "Malibu Rezidens" şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev ərazidə dərhal tikinti işlərin dayandırılması və arxeloji işlərin aparılması üçün aidiyyatı qurumlara göstəriş verib.

BakuPost xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən unikal.org-a verilən məlumata görə, Salatın Əsgərova, Rəsul Rza, Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrinin perimetri daxilində çoxmərtəbəli binanın özülünün qazıntısı zamanı tarixi əhəmiyyəti olması ehtimal edilən maddi nümunələr aşkar olunub.

Hazırda ərazi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Tikinti işləri dayandırılıb. Arxeologiya institutunun mütəxəssisləri araşdırmalara cəlb olunub. Son nəticə mütəxəssislərin verdiyi rəy əsasında məlum olacaq. Əgər ərazidə tarixi və memarlıq əhəmiyyətinə malik olan abidələr aşkar olunarsa burada tikinti işlərinə icazə verilməyəcək.

Qeyd edək ki, adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.
Bölmə: Gündəm | 07 iyun 2018 13:08 | Baxış sayı: 159





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: