BolgeXeber.Com » Xəbərlər » Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”

Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”

7-06-2018, 13:11
Oxunub: 4 158 Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”“(Ul)duzlu söhbət”in ilk qonağı “Uqrovision” təmsilçimiz, cazibədar müğənni Dilarə Kazımovadır

– Paxıllığını çəkən, sənə mane olmaq istəyənlər çoxdur?
– Mənə mane ola bilməzlər, çünki mən özümə çox inanıram. Səsim Allah vergisidir. Eyni zamanda da, genetik olaraq vücudum da pis deyil. Hərçənd formamı saxlamaq üçün idman da edirəm. Müğənni var səsi gözəldir, amma vizual görünüşü səhnə üçün deyil. Mənim səsim və görünüşüm səhnəyə yaraşır.
– Özünü yaman tərifləyirsən…
– Olanı deyirəm. Bədənim də gözəldir, səsim də. Oxumaq mənim üçün çox önəmlidir.

– Bu iddia ilə şou aləmində özünə çətin ki, kimisə rəqib görəsən?
– Çalışıram ki, görməyim. Çünki ona-buna çox baxsam, özümü də unutmuş olacağam. Müğənni olaraq öz üzərimdə çalışmağa üstünlük verirəm. İzləməyə gəlincə, daha çox Amerika musiqiçilərini dinləyirəm. Onların səhnə mədəniyyəti, geyimləri mənim üçün daha maraqlıdır.
– Bu gün müğənnilərin əksəriyyəti sənətlə deyil, qalmaqal, dedi-qodu ilə gündəmə gəlir. Belələrinə baxanda əsəbiləşirsən?
– Əsəbiləşmirəm. Onlara fikir vermək mənə heç maraqlı da deyil. Çünki qalmaqal adamı deyiləm. Onları heç mühakimə də etmirəm. Çünki rusların bir sözü var ki, mühakimə etmə, mühakimə olunarsan. Çalışıram insanlarla münasibətlərimi qoruyub-saxlayım.
– Heç səni qalmaqala çəkənlər olur?
– Olur.


– Bəs buna reksiyan necədir?
– Cavab vermirəm, çünki demokratik ölkədə yaşayırıq və hər kəsin öz fikri var.
– Geyimlərin daha çox müzakirə olunur. Bu yaxınlarda da hamam xalatında fotolarını paylaşdın, sosial şəbəkədə səni topa tutdular…
– Əlbəttə sosial şəbəkədə cəsarətli pozlarda fotolarımı paylaşıram. Tənqidlər çox olur, hətta söyürlər də. Bədənim gözəldir, niyə gizlədim ki?
– Cəsur pozda olan fotolarınız ailənizdə necə qarşılanır?
– Anam narahat olur. Açıq-saçıq geyimlərdə fotollarımı görüb, deyir ki, insanlar başqa cür düşünəcək. Deyəcəklər ki, Dilarənin səsi yoxdur, ona görə belə gündəmə gəlmək istəyir. Əlbəttə anam sovet dövrünün tərbiyəisni alan mühafizəkar qadındır və məni bu cür görəndə şoka düşür.
– Onun məsləhətlərini dinləyib, fotolarınızı sosial şəbəkədən yığışdırırdığınız olubmu?
–Yox, deyirəm ki, mənim artıq 34 yaşım var və şəxsi həyatımla, özümlə bağlı qərar verəcək yaşdayam. Bilirəm, nəyi palyaşmaq olar, nəyi yox? O da mənə inanır.

–Yazılan şərhlərə cavab yazırsanmı?
– Normal və obyektiv şərhlərə reaksiya verirəm.
– İndiyə qədər yazılan hansı şərh səni özündən çıxarıb, depressiyaya salıb, göz yaşı tökmüsən?
– Yeri olmayan, əsassız iradlara əsəbiləşmişəm. Desələr ki, səs tembrin bu mahnıya uyğun deyil, hardasa bunu anlayaram. Kimsə söyüş söyəndə özünü gözdən salır. Mən onlara cavab vermirəm. Çünki cavab versəm, onların səviyyəsinə düşmüş olaram. Şəxsən mən kiməsə ya geyiminə, ya da ifa tərzinə görə irad tutmaram. Hər kəs seçimində azaddır, özü bilər.
– Müğənnilər arasında qalmaqalları izləiyirsənmi?Məsələn, bu yaxınlarda, xalq artisti Flora Kərimova ilə Röya Ayxan arasında qalmaqal yaşandı.
– Çalışıram internetdə özümə lazım olan xəbərləri oxuyum. Hansısa müğənni həmkarı ilə qalmaqal edirsə, bu onun öz işidir, müdaxilə etmirəm.
– Bəs hansı həmkarlarının ifasını bəyənib, eyni zamanda dinləyirsən?
– Alim Qasımov, Azad Şabanov, Diana Hacıyeva və Ayselin ifasını bəyənirəm. Ümumiyyətlə, klassik musiqiçiləri, məsələn, Rəşid Behbulovu çox sevirəm.

– Bir müddət öncə şəxsi həyatınla gündəmə gəldin. Həyat yoldaşından boşanma xəbərlərin yayıldı.
– Boşanma xəbərlərim gündəm oldu. Evlilik təklifi alanda yenə də yəqin aləm bir-birinə dəyəcək (gülür).
– Subay xanımsan. Sevgi təklifləri çox olar yəqin…
– Sevgi elan edənlər çoxdur. Amma gərək qarşı tərəfdən elektrik də alasan axı. Mən ererji, hisslərə çox inanıram.
– Kişilərdə hansı xüsusiyyətləri qiymətləndirirsən?Məsələn, hansı kişilərdən qaçırsan?
– İctimai yerdə qışqır-bağır salan kişiyə yaxın durmaram. Baxırsan ki, yaraşıqlı kişi deyil, amma onda hansısa qüvvə səni özünə çəkir.
– Pullu olması önəmlidirmi?
– Birinci pulu yox, onun mənə olan hisslərini fikirləşirəm. Pulu sonradan da qazanmaq olar.
– Müasirsən, bəs mühafizəkarlığın varmı?
– Azərbaycanda buna “beynin çönməsi” deyirlər. Buğa bürcündənəm, beynim çönəndə çox pis oluram.
– Beynin çönən məqamda, ən sərt reaksiyan necə olur?
– Sifətim dönür, hər şeyi götürüb çıxıram. Çalışıram davakar olmayım, hadisələrə sakit reaksiya verim. Amma, bu da bir həddə qədər .

– Ürəyində kimsə varmı?
– Hələ ki, boşdur.
– Yaradıcı insan üçün sevgisiz yaşamaq çətin deyil?
– Çalışıram yaradıcılığım, mahnılarımla bu boşluğu doldurum. Bu yaxınlarda Qazaxıstana festivala gedib, Azərbaycanı təmsil edəcəm. Hazırda başım buna qarışıb.
– Söhbətə başlayanda bədənini tərif etdin. Səncə, vücudunda sənə gözəllik verən nədir?
– Qadınlar özlərinə baxmağı bacarmalıdır. Bəzi xanımlar yalnız üz-gözlərini bəzəyir, qalan yerlərinə fikir vermirlər.
– Daha dəqiq olsaq?
– Məsələn, bədənlərini. İdmanla məşğul olsunlar. Elə özüm də baxmayaraq ki, bədənimdə problemlər yoxdur, ancaq idmanla məşğul oluram. Bu mənim əhval-ruhiyyəmə də yaxşı təsir göstərir.
– Yaşlanmaqdan qorxmursan ki?
–Yox, məsələn, heç istəməzdim 25 yaşıma qayıdm. Bu yaşda özümü daha çox sevirəm. Vizual olaraq 25 yaşımda olduğum zamandan indi daha gözələm. Bəzən keçmiş şəkillərimə baxıram, deyirəm yox, indi daha qəşəngəm.

– Ən pis xüsusiyyətin hansıdır?
– Emosionalam. Hərdən deyirəm ki, Dilarə özünü biraz ələ al də. Səbirsizəm, çılğınam.
– Daha çox nəyə pul xərcləyirsən?
– Nəyə lazımdırsa, ona. Klipə lazımdırsa, klipə, geyimə lazımdırsa geyimə.
– Şoppinqə gedib, bəyəndiyin paltara son qəpiyini verib, alanlardansan?
– Hər şeyi bəyənən adam deyiləm. Amma nəsə xoşuma gəldisə, son qəpiyimi də verib mütləq onu almalıyam.
– Tez bezənsən?
– Olur. Əlli-əlliyə. Əgər nəsə məni daha maraqlandıra bilmirsə, bezirəm.
Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”
Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”
Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”
Açıq-saçıq fotoları yayılan cazibədar müğənni: “Elə kişiləri…”