loading...
XƏBƏR LENTİ
Neft bahalaşdı
23 iyun 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 
Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

Tərtərdə Yaponiya hökumətinin dəstəyi ilə təmir edilmiş məktəb binası istifadəyə verilib-FOTO

Tərtərdə Yaponiya hökumətinin dəstəyi ilə təmir edilmiş məktəb binası istifadəyə verilib-FOTOİyunun 7-də Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində təmir olunan Tərtər rayonunun Qaradağlı kənd tam orta məktəbi istifadəyə verilib

Bolgexeber.com xəbər verir ki,bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir. Proqram çərçivəsində indiyədək Azərbaycanın bölgələrində səhiyyə, sosial müdafiə, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi, infrastrukturla bağlı ümumi dəyəri 19 milyon 983 min 599 ABŞ dolları olan 234 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Diqqətə çatdırılıb ki, Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verir. Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği 1,1 milyard ABŞ dollarını keçib.
Yaponiya hökuməti indiyədək Tərtər rayonunda 2 layihə həyata keçirib və bu artıq 3-cü layihədir. Ümumi məbləği 90 min 909 ABŞ dolları olan “Tərtər rayonunun Qaradağlı kəndində orta məktəbin təmiri” layihəsindən məktəbin 400 şagirdi yararlanacaq. Layihə çərçivəsində məktəbin birinci korpusunun ikinci mərtəbəsi, o cümlədən 5 sinif otağı, dəhliz və pilləkən əsaslı təmir edilib.
Səfir məktəb binasının təmiri nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, şagirdlərin yüksək biliklərə sahib olaraq, Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, ölkəmizdə, o cümlədən Tərtər rayonunda təhsil sahəsində, ümumən sosial-iqtisadi sahədə görülən işlərdən, qazanılan uğurlardan bəhs edib. Bildirib ki, bu il rayonumuzda Təhsil Nazirliyinin xətti ilə Seydimli kənd tam orta məktəbi əsaslı təmir olunub, Bayandur kəndində modul tipli ibtidai məktəb, Poladlı kəndində isə modul tipli əsas məktəb tikilib istifadəyə verilib. Hazırda Kovdadıq kəndində modul tipli 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəblərin tikintisinə başlanıb.
Natiq cəbhə bölgəsində həyata keçirilən humanitar layihəyə görə tərtərlilər adından Yaponiya hökumətinə təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən müəllim, şagird və valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə və Yaponiya hökumətinə minnətdarlıqlarını ifadə ediblər.
Səfir Teruyuki Katoriyə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Tərtər haqqında kitab, jurnal, braşur və təşəkkürnamə təqdim olunub.
Tədbir iştirakçıları sonra məktəbdə yaradılan şəraitlə tanış olublar.

Bölmə: Xəbərlər | 08 iyun 2018 12:36 | Baxış sayı: 44

ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: