loading...
XƏBƏR LENTİ
Neft bahalaşdı
23 iyun 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"AtaSığorta" məni aldadıb pulumu vermir" -ŞİKAYƏT

"AtaSığorta" məni aldadıb pulumu vermir" -ŞİKAYƏT"Əslində isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, "Ata" Sığorta şirkəti edir"

Bolgexeber.com-un elektron poçtuna Ucar rayonu T.İsmayılov küçəsi ev 34 sakini Məmmədov Mahir Əliyusif oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş yazır:

"Ata" Sığorta Şirkəti məni aldadıb sığorta pulumu vermək istəmir.17 dekabr 2017-ci il tarixdə Ucar şəhərinin Oğuz küçəsi ərazisində mənə məxsus 10 NR 709 nömrəli VAZ-2107 markalı avtomobillə, VAZ-21011 markalı avtomobil toqquşmuşdur. Nəticədə mənim avtomobilimə 1800 manat ziyan dəymişdir.Təqsir qarşı tərəfdə olduğundan hadisəni araşdıran Ucar Rayon Polis Şöbəsi buna dair sənədlər tərtib edilmişdir.Həmin sənədləri "Ata" Sığortanın Göyçay rayon filialına təqdim etdim.Oranın əməkdaşı Rauf Həmidov hər dəfə müxtəlif bahanələr gətirə-gətirə avtomobilimə dəyən ziyanın sığorta pulunu vermək istəmir.Rauf Həmidov mənə bildirir ki, sənədlərini hazırlayıb Bakı şəhərinə mərkəzi idarəyə göndərmişik onlar pulu verən kimi sizə sığorta pulu ödəniləcək. Baş İdarəyə zəng edib deyirəm onlar deyir ki, bizlik deyil. Artıq 6 aydır ki, "Ata" Sığorta məni süründürməçiliyə məruz qoyub.Gah deyirlər ki. sənə 550 manat sığorta pulu veriləcək gahda deyirlər ki, 250 manat veriləcək.Bu fırıldaqçı sığorta şirkəti istədiyi saxtakarlığı edir.Əslində isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, "Ata" Sığorta şirkəti edir.

Mən mətbuat vasitəsi ilə vətəndaşlara bildirmək istəyirəm ki, ehtiyatlı olsunlar "Ata" Sığorta Şirkətində sığorta əməliyyatı etməyin.Bu Sığorta Şirkəti dələduzluqla, saxtakarlıqla məşğul olur, vətəndaşları aldadıb pulunu mənimsəyir".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
Bolgexeber.com
"AtaSığorta" məni aldadıb pulumu vermir" -ŞİKAYƏT
"AtaSığorta" məni aldadıb pulumu vermir" -ŞİKAYƏT
Bölmə: Gündəm | 08 iyun 2018 12:43 | Baxış sayı: 154





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: