loading...
XƏBƏR LENTİ
Neft bahalaşdı
23 iyun 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Azpetrol”u almış iri oliqarx vəfat etdi

“Azpetrol”u almış iri oliqarx vəfat etdiTürkiyədə "Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.

Bolgexeber.com xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan "Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.

Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin "Milliyet”, "Vatan” kimi iri qəzetləri, o cümlədən "Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-"Hürriyet”, "Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə "Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.

Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun "Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan "Azərelektroterm”i aldığını yazır.(Görünür söhbət "Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)

Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin "Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.(virtualaz.org)
“Azpetrol”u almış iri oliqarx vəfat etdi
“Azpetrol”u almış iri oliqarx vəfat etdi
Bölmə: Xəbərlər | 08 iyun 2018 14:57 | Baxış sayı: 117





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: