BolgeXeber.Com » Xəbərlər » Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

8-06-2018, 15:05
Oxunub: 2 955 Akif Əlizadə yenidən AMEA prezidenti seçilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırki prezidenti, akademik Akif Əlizadə yenidən akademiya prezidenti seçilib

"Report" xəbər verir ki, bununla bağlı qərar iyunun 8-də AMEA-nın ümumi yığıncağında qəbul edilib.

A.Əlizadə bu vəzifəyə yeganə namizəd olub.

****

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiya prezidenti seçkisi başlayıb.

Bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.