BolgeXeber.Com » Dünya » Dünyada ən güclü superkompyuter hazırlanıb

Dünyada ən güclü superkompyuter hazırlanıb

9-06-2018, 11:32
Oxunub: 2 941 Dünyada ən güclü superkompyuter hazırlanıbBirləşmiş Ştatlar dünyada ən güclü superkompyuter hazırlamaqla Çini qabaqlayıb

"Report"un məlumatına görə, bu barədə Massaçuset ştatının Texnologiya İnstitutunun jurnalı "MIT Technology Review" bildirib.

Bilddirilir ki, Tennesi ştatının Milli Tədqiqat Laboratoriyasının mütəxəssisləri "Summit" kompyuterini yaradıblar. Onun istehsal gücü 200 petaflops, yaxud saniyədə 200 kvadrilyon əməliyyatı həyata keçirmək qabiliyyətindədir.

Alimlər qeyd ediblər ki, kompyuter Çinin əvvəllər dünyada ən güclü sayılmış "Sunway TaihuLight» superkompyuterindən 60 faiz sürətlidir. Texnologiya maşını iki tennis kortu ölçüsündədir. Onun çəkisi təyyarə çəkisindən ağırdır.