BolgeXeber.Com » Xəbərlər » Monitorinq insidentsiz başa çatıb-Tərtərdə

Monitorinq insidentsiz başa çatıb-Tərtərdə

9-06-2018, 15:30
Oxunub: 2 259 Monitorinq insidentsiz başa çatıb-TərtərdəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib

Bolgexeber.com xəbər verir ki,monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova görüşüblər. Görüşdə rayon rəhbəri ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verib. Bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Monitorinq insidentsiz başa çatıb.
Bolgexeber.com