İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlandı: 3087 nəfər…
9-06-2018, 18:36
Oxunub: 3 645
Müəllimlərin yerdəyişməsi müsabiqəsində indiyədək 3087 nəfər iştirak etmək üçün ərizəsini təsdiq edib
Bolgexeber.com xəbər verir ki, bu məlumatı Təhsil Nazirliyindən azedu.az-ın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd edək ki, iş yerini dəyişmək istəyən müəllimlər üçün 4 iyundan etibarən onlayn qeydiyyata start verilib. Namizədlər 4-11 iyun 2018-ci il tarixlərində http://miq.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər