BolgeXeber.Com » Mədəniyyət » Dahi bəstəkarın 100 illiyinə həsr edilən müsabiqədə Bərdə Regional Mədəniyyət İdarəsi uğurla təmsil olunub

Dahi bəstəkarın 100 illiyinə həsr edilən müsabiqədə Bərdə Regional Mədəniyyət İdarəsi uğurla təmsil olunub

11-06-2018, 14:43
Oxunub: 5 018 Dahi bəstəkarın 100 illiyinə həsr edilən müsabiqədə Bərdə Regional Mədəniyyət İdarəsi uğurla təmsil olunubDahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsində Bərdə Regional Mədəniyyət İdarəsi uğurla təmsil olunub.

Respublikanın müxtəlif musiqi təhsili müəssisələrinin iştirakı ilə keçirilən müsabiqə iki mərhələdə təşkil edilib. Müsabiqənin I turu regional mədəniyyət idarələrində, II turu isə Bakı şəhərində keçirilib. Tanınmış mütəxəssislərdən ibarət münsiflər heyətinin iştirak etdiyi müsabiqədə 120-ə yaxın gənc ifaçının çıxışını qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhər, Bərdə, Quba, Qusar, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, hədiyyələrə və fəxri fərmanlara layiq görülüblər. Müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilib və onlar fəxri fərmanlarla təltif olunublar.

Qaliblərdən biri də Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə şəhər Şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi Yusifzadə Büsat Yusif oğlu olub. Uğurlu iştirakına və yüksək ifaçılıq məharətinə görə o müsabiqənin III dərəcəli diplomuna laiq görülüb.

Müsabiqədə müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilib ki, onlardan biri də məhz Yusifzadə Büsatın müəllimi Quliyeva Ülviyyə Zaman qızı olub. Ülviyyə xanım müsabiqənin Fəxri Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, Bərdə şəhər Şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbi 1987-ci ildən fəaliyyət göstərir. Məktəbin şagird və müəllim kontingenti fəaliyyəti dövründə yüzlərlə laureat , diplomant və Fəxri Fərmanlarla təltif olunmuşdur. Məktəbdə təlim-tərbiyyə tədrisini isə 89 nəfər ixtisaslı müəllim təşkil edir. Bununla yanaşı məktəb kollektivi gənc nəslin düzgün təlim tərbiyə olunmasında, onların istedadlarının inkişaf etdirilməsində əllərindən gələni əsirgəmirlər.
Bolgexeber.com