loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İmişlinin Muradallı kəndində səyyar qəbul keçirilib

İmişlinin Muradallı kəndində səyyar qəbul keçirilibİmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevin Muraqdallı kəndində vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxışı zamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.
Görüş zamanı rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, İmişli rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşafı ilə bağlı məsləhət və tövsiyələrini verdi. Əhalini narahat edən problemlərin həlli istiqamətində rayonda həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışan rayon rəhbəri bildirmişdir ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənildi.Kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Bolgexeber.com
İmişlinin Muradallı kəndində səyyar qəbul keçirilib
İmişlinin Muradallı kəndində səyyar qəbul keçirilib
Bölmə: Xəbərlər | 14 iyun 2018 08:53 | Baxış sayı: 231





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: