BolgeXeber.Com » Dünya » İranda qadınların stadionda futbola baxmasına icazə verilib

İranda qadınların stadionda futbola baxmasına icazə verilib

21-06-2018, 10:07
Oxunub: 3 725 İranda qadınların stadionda futbola baxmasına icazə verilibİran hökuməti qadınların stadionda kişilərlə birgə futbol matçına baxmasına qoyulan qadağanı aradan götürüb

Bolgexeber.com "Report"a istinadən bildirir ki, qadınlar 1979-cu ildən bu yana ilk dəfə olaraq qanuni şəkildə stadionda futbola baxmaq fürsəti əldə ediblər.

Bu hadisə Tehranda, yerli stadionlardan birində DÇ-2018-in İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Lakin bu asanlıqla olmayıb. Əvvəlcə onların stadiona girişinə yenə imkan verilməyib. Ancaq qadın azarkeşlərin oturaq aksiya keçirməsindən sonra, tribunalar onların üzünə açılıb.