BolgeXeber.Com » Xəbərlər » Pambıq tarlalarındakı zəhərlənmələrdə Heydər Əsədov İZİ - insanları zəhərləyən iki inhisarçı

Pambıq tarlalarındakı zəhərlənmələrdə Heydər Əsədov İZİ - insanları zəhərləyən iki inhisarçı

21-06-2018, 12:17
Oxunub: 1 721 Pambıq tarlalarındakı zəhərlənmələrdə Heydər Əsədov İZİ - insanları zəhərləyən iki inhisarçı“MTK” MMC и “CTC-agro.az” şirkətlərinin inhisarçılıq qaydasında aldıqları pestisidlər kütləvi zəhərlənmələrə gətirib çıxarıb

Virtualaz.org-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pambıq tarlalarında istifadə edilmiş pestisidləri alan iki şirkətin adı məlum olub.

“MTK” MMC и “CTC-agro.az” şirkətlərinin inhisarçılıq qaydasında aldıqları pestisidlər kütləvi zəhərlənmələrə gətirib çıxarıb.

Virtualaz.org bu şirkətlərin fəaliyyətini araşdırmaqdadır və yaxın saatlarda adı çəkilən inhisarçıların cinayətkar izləri ilə geniş məlumat dərc edəcəyik. Lakin artıq indidən bəllidir ki, sözügedən şirkətlər keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədova yaxın sahibkarlara məxsusdur.