loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Mənə köhnə telefonu təzə adı ilə satıblar” – İddia

“Mənə köhnə telefonu təzə adı ilə satıblar” – İddiaBakı şəhər sakini Rəşad İsmayılov paytaxtın Azadlıq prospekti 41G ünvanında yerləşən telefon mağazasından aldığı İphone 7 telefonunun işlənmiş olduğunu iddia edir.

O, bununla bağlı “Qafqazinfo” ya müraciət edib. Şikayətçi qeyd edib ki, 2017-ci ilin iyun ayının 18-də sözügedən mağazadan telefon alıb: “Telefonu ancaq zəng xidməti üçün istifadə edirdim. Bu yaxınlarda whatsapp proqramını yüklədim və səs göndərmək istədim. Mikrofon işləmədi. Zəmanət talonu ilə birgə mağazaya getdim. Dedilər ki, mikrofon işləmir və 40 manat xərci var. Mən isə bunu mağazanın etməli olduğunu və zəmanətin vaxtının bitmədiyini dedim. Sonra xərcin yarıbayarı qarşılanmasını təklif etdilər. Bununla da razılaşmadım. Telefonumu açıb su düşmədiyi halda xərcin zəmanətdən çıxacağını dedilər. Usta telefonu açdı və mənə dedi ki, telefon hardasa açılıb, içinin qoruyucusu, şrupu yoxdur və lenti isə dəyişdirilib. O zaman bildirdim ki, mənə işlənmiş telefonu təzə adıyla satmısınız. İlk dəfə idi ki, telefonum usta yanına gedirdi. Həm də telefonda problem nə vaxtsa yaranıbsa zəmanətim olduğu halda, niyə başqa ustaya getməliyəm? Dedilər ki, heç yerə şikayət etməyim və qiymətdə razılaşıb problemi həll edək. Əlbəttə ki, bununla razılaşa bilməzdim və işlənmiş telefonun yeni adıyla satılması, müştərilərin aldadılması faktıyla razılaşmayacağımı qeyd etdim. Çünki həmin telefon üçün 1400 manat pul ödəmişəm”.

“Qafqazinfo” məsələ ilə bağlı mağazanın sahibi Ramil Fərəcovla əlaqə saxlayıb. O qeyd edib ki, sözügedən problemlə bağlı müştəri onlara müraciət edib: “Biz problemi həll etmək üçün telefonu açdırdıq. Məlum oldu ki, problem yaranmasına səbəb olan qulaqcıq yeri bizdən əvvəl dəyişdirilib. Zəmanət talonunda da qeyd olunur ki, problem yarandığı halda müştəri birinci mağazaya müraciət etməlidir. O isə bizdən qabaq başqa ustaya müraciət edib. Belə olduğu halda, detalın dəyişdirilməsinin 40 manat xərci olduğunu dedik. O isə bunu verməyəcəyini bildirəndə müştərimiz olduğu üçün qiyməti yarıya endirdik. Bununla da razılaşmadı. Neçə illərdir ki, telefon satışı ilə məşğul oluruq. Bunu alanda da müştəri görə bilər. Köhnə telefonu necə yeni adla qablaşdırıb sata bilərik ki? Ona ilk dəfə nömrə taxılır, qeydiyyatdan keçilir və .s. Bunları görməmək mümkün deyil”.
“Mənə köhnə telefonu təzə adı ilə satıblar” – İddia
Bölmə: Xəbərlər | 21 iyun 2018 16:21 | Baxış sayı: 129





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: