BolgeXeber.Com » Xəbərlər » Bakıda eyvanlarda paltar asılan iplər kəsilir

Bakıda eyvanlarda paltar asılan iplər kəsilir

21-06-2018, 18:30
Oxunub: 3 205 Bakıda eyvanlarda paltar asılan iplər kəsilirNərimanov rayonunda yerləşən bir neçə binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilib.

Bunu Oxu.Az-a açıqlamasında rayonun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib.

Onun sözlərinə görə, binaların fasadına xələl gətirən nə varsa, mütəmadi olaraq İcra Hakimiyyəti tərəfindən yığışdırılır:

“Yalnız prospektə baxan binalar deyil, digər küçələrdə də binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilir”.