BolgeXeber.Com » Xəbərlər » Səlim Müslümovun yaxın qohumları işdən çıxarıldı

Səlim Müslümovun yaxın qohumları işdən çıxarıldı

22-06-2018, 15:26
Oxunub: 3 027 Səlim Müslümovun yaxın qohumları işdən çıxarıldıƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslüomovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə Mia.az-a nazirlikdən məlumat verilib. Məlumata görə, Sahil Babayevin əmri ilə nazirn müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar: "Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.