BolgeXeber.Com » Analitika » Rüşvətə qarşı daha bir ciddi addım

Rüşvətə qarşı daha bir ciddi addım

3-03-2011, 19:25
Oxunub: 5 347 Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Bolgexeber.com verilən məlumata görə, müşavirədə nazir Fizuli Ələkbərov ünvanlı dövlət sosial yardımının ödənişində kart sisteminin tam tətbiq edilməsi, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunması, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi təqdirdə ciddi cəza tədbirinin görülməsi, hər hansı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatında qanunsuzluğa yol verildiyi halda bu barədə dərhal hüquq-muhafizə orqanlarına müraciət olunması barədə ciddi tapşırıqlar verilib.
Həmçinin məşğulluğun təminatı sahəsində aktiv tədbirlərin gücləndirilməsi, iş yerlərində əmək müqavilələrinin bağlanılmasına, qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılması, peşə hazırlığının daha səmərəli təşkili üçün işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində müvafiq göstərişlər verilib.
Fizuli Ələkbərov nazirlikdə fəaliyyət göstərən 142 nömrəli qaynar xəttin fəaliyyətinin təkmilləşdirilməsi və bu xidmət barədə əhalinin daha geniş məlumatlandırılması məqsədi ilə təbliğat işlərinin gücləndirilməsini tapşırıb.